EN

Kartapolov: Qərb raketlərdən yox, Rusiyadan qorxur

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qərb ölkələri ayrı-ayrı rus silahlarından deyil, Rusiyanın özündən qorxur. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri üçün daha qorxulu olan Rusiyanın özüdür:

 "Rusiyada "Oreshnik", "Burevestnik", "Yars", "Topol", "Bulava" və digər raketlər var. "Burevestnik" unikal məhsuldur. Bu raketlərin işlək olmasını təmin etmək üçün hələ mühüm işlər görülməlidir".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp öz təyyarəsində jurnalistlərə açıqlama verərkən Rusiyanın “Burevestnik” nüvə mühərrikli qanadlı raketlərinin sınaqlarını başa çatdırmasını şərh edib. O, bildirmişdi ki, Moskva Vaşinqtonla oyun oynamır. ABŞ da öz növbəsində Rusiya ilə oyun oynamır.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
1
bakivaxti.az

2Sources