EN

TƏBİB-dən əri tərəfindən bıçaqlanan Lamiyə ilə bağlı açıqlama

Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərbəsi alan 1986-cı il təvəllüdlü Lamiyə Qanbayeva 11.10.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə axaraz-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lamiyə Qanbayeva evə buraxılarkən vəziyyəti stabil qiymətləndirilib:

“Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub və ona tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilib”.

TƏBİB-dən verilən digər məlumata görə, hadisədən sonra sirkə turşusu içərək intihara cəhd edən 1988-ci il təvəllüdlü Tural Qanbayev isə xəstəxanada müalicəsini başa vurub.

Qeyd edək ki, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılmış araşdırma zamanı Tural Qanbayevin Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etdiyi məlum olub. Daha sonra T.Qanbayev sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Chosen
12
4
konkret.az

5Sources