"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.
Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.