EN

“Real” Vini­siusu davranışına görə cəzalandırılmayacaq

Madrid “Real”ının rəhbərliyi La Liqanın 10-cu turunda “Barselona” ilə matçda əvəzlənərkən narazılıq göstərən hücumçu Vini­sius Ju­nioru cəzalandırmayacaq.

90deqiqe.Az “Cadena Ser”ə istinadən xəbər verir ki,  məsələ baş məşqçi Xabi Alonso və futbolçu arasında müzakirə olunmalıdır və qərarlar yalnız Alonsonun səlahiyyətindədir.

Məlumata görə, 72-ci dəqiqədə əvəz olunduğunu öyrənən 25 yaşlı futbolçu baş məşqçiyə qarşı xoşagəlməz reaksiya göstərib və qəzəbini gizlətmədən birbaşa geyim otağına yollanıb. Mənbələr bildirir ki, orada futbolçu klubdan ayrılmaq barədə fikirlərini ifadə edib.

Bu mövsümdə Vini­sius Ju­nior bütün turnirlərdə 13 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
34
90deqiqe.az

1Sources