Madrid “Real”ının rəhbərliyi La Liqanın 10-cu turunda “Barselona” ilə matçda əvəzlənərkən narazılıq göstərən hücumçu Vinisius Junioru cəzalandırmayacaq.
90deqiqe.Az “Cadena Ser”ə istinadən xəbər verir ki, məsələ baş məşqçi Xabi Alonso və futbolçu arasında müzakirə olunmalıdır və qərarlar yalnız Alonsonun səlahiyyətindədir.
Məlumata görə, 72-ci dəqiqədə əvəz olunduğunu öyrənən 25 yaşlı futbolçu baş məşqçiyə qarşı xoşagəlməz reaksiya göstərib və qəzəbini gizlətmədən birbaşa geyim otağına yollanıb. Mənbələr bildirir ki, orada futbolçu klubdan ayrılmaq barədə fikirlərini ifadə edib.
Bu mövsümdə Vinisius Junior bütün turnirlərdə 13 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.