Türkiyədə rixter cədvəli üzrə 6,1 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Balıkesirdə, Sındırgıda yerin 6 kilometr dərinliyində yerləşib. Zəlzələ İstanbul və ətraf əyalətlərdə hiss olunub. Dağıntı barədə məlumat verilməyib. Türkiyə Fəlakət Zəlzələ Afad Balıkesir