EN

Dembele: “Mbappe “Qızıl top”a layiqdir” - ARENA.AZ

PSJ-nin fransalı ulduz hücumçusu, 2025-ci ilin “Qızıl top” mükafatının qalibi Usman Dembele həmyerlisi Kilian Mbappeni tərifləyib.

Arena.az xəbər verir ki, o, “Real”ın fransalı ulduz hücumçusun da bu mükafata layiq bildiyini açıqlayıb:

“Karyerasını nəzərə alsaq, o, “Qızıl top”a layiqdir. Kilian mənim dostumdur. Ümidvaram ki, Mbappe bu ruhda da davam edəcək və bir gün bu fəxri mükafatı qazanacaq”, deyə Dembele vurğulayıb.

Yeri gəlmişkən, “Real”ın baş məşqçisi Xabi Alonso da “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappeyə olan tələbi haqda söhbət açıb. İspan mütəxəssisin müvafiq açıqlamasını təqdim edirik:

“Mappeyə tələbim? Əsas olanı – səmərəlilikdir. Yalnız vurduğu qollarla deyil, onun gərəkli bölgələrdə necə peyda olması və təsir göstərməsidir. Komanda keyfiyyəti arıtr, Kilian isə əsas açardır”, deyə Alonso vurğulayıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
25
24
arena.az

10Sources