EN

Türkiyədə zəlzələ oldu – Dağıntılar var


Türkiyənin Balıkəsir vilayətində 6,1 bal gücündə zəlzələ meydana gəlib.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, təbii fəlakət vilayətin Sındırqı rayonunda qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, daha sonra eyni ərazidə 4,2 4,0 və 3,9 bal gücündə zəlzələlər qeydə alınıb.
Bildirilir ki, sarsıntılar İstanbul və İzmir vilayətlərində də hiss edilib.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daha əvvəlki zəlzələlər zamanı qəzalı vəziyyətə düşmüş 3 bina ilə iki mərtəbəli obyekt zəlzələ zamanı uçub.
Chosen
27
1
yeniavaz.com

2Sources