BAKI, 2 noyabr. TELEQRAF
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda yerli vaxtla saat 15:41-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, zəlzələ 14,13 kilometr dərinlikdə baş verib.