Bu barədə o özü Yaponiyanın Kanaqava vilayətində yerləşən "Yokosuka" aviabazasında "George Washington" təyyarədaşıyan gəmisinin heyəti ilə söhbətindəməlumatverib. O diqqətə çatdırıb ki, təyyarələrin göndərilməsi mərhələli şəkildə baş verəcək.
 "İlk partiya bu həftə ərzində Yaponiya Silahlı Qüvvələrinə təhvil veriləcək",– Donald Tramp söyləyib.
Məlumat üçün bildirək ki, Yaponiya ABŞ-dən Vaşinqtonun digər bütün müttəfiqlərindən daha çox sayda – ümumilikdə 147 ədəd "F-35" hərbi təyyarəsi alıb.
 Firudin Həmidli
  AzVision.az 
                         
                        