EN

Aİ-nin Ukraynaya dəstək gücü tükənib -Viktor Orban

Avropa İttifaqı (Aİ) artıq bütün güc və imkanlarını tükədib və Rusiya ilə münaqişədən sonra “Ukraynadan nə qalacaqsa”, onun kim tərəfindən maliyyələşdiriləcəyi hələ də məlum deyil.

Redaktor.az xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban özünün Facebook səhifəsində bildirib.

Orbanın sözlərinə görə, hazırda Avropa liderlərinin hamısı müharibə barədə düşünür, lakin bu qarşıdurmanı davam etdirmək üçün vəsait yoxdur.

“Kimdə bu qədər pul var? Aİ-yə üzv hansı ölkələrin vətəndaşları Ukraynaya, özünü belə dolandıra bilməyən bir ölkəyə milyardlarla avro göndərməyə razıdır?” - deyə Macarıstan baş naziri qeyd edib.

Aytəkin TOFİQQIZI

Chosen
9
1
redaktor.az

2Sources