Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.
Qabil YUSİFOĞLU
XQ