VI İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək yarışda A qrupunda yer alan Azərbaycan millisi noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.

A qrupu

4 noyabr

Liviya – Azərbaycan

Səudiyyə Ərəbistanı - Özbəkistan

6 noyabr

Özbəkistan – Azərbaycan

Səudiyyə Ərəbistanı – Liviya

8 noyabr

Səudiyyə Ərəbistanı – Azərbaycan

Özbəkistan – Liviya