BAKI, 28 oktyabr. TELEQRAF
Türkmənistan səfiri Annamammet Annayev Buxarestdə Rumıniya Xarici İşlər Nazirliyinin baş direktoru Dan Yanku ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Siyasi dialoq və qarşıdan gələn qurumlararası məsləhətləşmələrə hazırlıqlara xüsusi diqqət yetirilib. Tərəflər, həmçinin iqtisadi, elmi-texniki əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Tranzit və nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən Xəzər və Qara dənizlər arasında dəhlizin inkişafı ayrıca müzakirə edilib.