EN

Bərdədə minik avtomobilləri toqquşdu: Üç nəfər ÖLDÜ

Bərdədə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 4-5 radələrində Mehdili kəndi ərazisində baş verib.

Hadisənin baş verməsinə səbəb iki "Lada Priora" markalı minik avtomobilinin toqquşması olub.

Hadisə nəticəsində həyatını itirənlər isə 1968-ci il təvəllüdlü Ələddin Əliyev, 2005-ci il təvəllüdlü Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Əliyevdir. Röyal Əliyevin Ələddin Əliyevin oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***09:41
Bərdədə iki avtomobil toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Chosen
26
3
avtosfer.az

5Sources