Yazını böyüt
Yazını kiçilt
Bərdədə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Hafta.az xəbər verir ki, hadisə bu gün səhər saat 4-5 radələrində Mehdili kəndi ərazisində baş verib. Hadisənin baş verməsinə səbəb iki "Lada Priora" markalı minik avtomobilinin toqquşması olub.
Hadisə nəticəsində həyatını itirənlər isə 1968-ci il təvəllüdlü Ələddin Əliyev, 2005-ci il təvəllüdlü Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Əliyevdir. Röyal Əliyevin Ələddin Əliyevin oğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.