EN

Volkan Demirel “Super Liqa”ya qayıdır

Bakı. Trend:

Türkiyənin futbol üzrə Milli Komandasının keçmiş qapıçısı,hazırda məşqçi kimi fəaliyyətini davam etdirən Volkan DemirelTürkiyə Super Liqasına geri dönür.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Onun ötən həftəsonu “Konyaspor”a 2-1 hesabı ilə məğlub olmuş“Gənclərbirliyi” klubuna baş məşqçi gətirilməkdə olduğu bildirilir.Türkiyə mediasının bəzi idman mənbələri artıq razılaşmanın əldəolunduğunu və yaxın zamanda Ankarada rəsmi imzalama mərasiminin baştutacağını qeyd edir.

Xatırladaq ki, Volkan Demirel sonuncu dəfə Türkiyə SuperLiqasıda ötən il"Bodrum" FK-nın baş məşqçisi kimi çıxış edib.

Məqalədə:
Chosen
26
az.trend.az

1Sources