EN

“Rusiya heç bir NATO və Aİ ölkəsinə hücum etmək niyyətində deyil”

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya heç bir NATO və ya Avropa İttifaqı (Aİ) ölkəsinə hücum etmək niyyətində deyil və Moskva bunu təhlükəsizlik zəmanətlərində əks etdirməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Yeri gəlmişkən, biz dəfələrlə bəyan etmişik ki, bizim heç bir hazırkı NATO və ya Aİ üzvü olan dövlətə hücum etmək niyyətimiz yoxdur və heç vaxt olmayıb. Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq”, - Lavrov deyib.

“Aİ liderləri bu gələcək zəmanətləri həqiqətən kollektiv əsasda nəzərdən keçirməkdən yayınır, qürurla bəyan edirlər ki, Ukrayna böhranından sonra təhlükəsizlik zəmanəti Rusiyanın iştirakı ilə deyil, Rusiyaya qarşı olmalıdır. Bu, düşüncə modelidir”, - Lavrov qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
yeniavaz.com

2Sources