
“Rusiya heç bir NATO və ya Avropa İttifaqı (Aİ) ölkəsinə hücum etmək niyyətində deyil və Moskva bunu təhlükəsizlik zəmanətlərində əks etdirməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Yeri gəlmişkən, biz dəfələrlə bəyan etmişik ki, bizim heç bir hazırkı NATO və ya Aİ üzvü olan dövlətə hücum etmək niyyətimiz yoxdur və heç vaxt olmayıb. Biz bu mövqeyi Avrasiyanın bu hissəsi üçün gələcək təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazırıq”, - Lavrov deyib.