EN

Naxçıvanda “Uşaq İncəsənət Festivalı 2025” in final mərhələsi keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Mədəniyyət, Elm və Təhsil nazirliklərinin, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı 2025”-in Naxçıvanda keçirilən final mərhələsində yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunub.

Final mərhələsində muxtar respublikada 43 fərdi və 4 kollektiv nominasiya üzrə şagirdlər bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı uşaqların müxtəlif incəsənət sahələrində iştirak etdiyi, istedadlarını nümayiş etdirdiyi və inkişaf etdirdiyi yaradıcı platformadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
44
azertag.az

1Sources