EN

Bizon Azərbaycan Kubokun: Növbəti mərhələyə vəsiqə qazanan 4 komanda müəyyənləşdi

BAKI, 28 oktyabr. TELEQRAF

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Teleqraf xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub.

Mərhələnin ilk oyun günündə "Kəpəz", “İmişli”,“Şəfa” və “Baku Sportinq” növbəti mərhələyə adlarını yazdırıblar.

“Cəbrayıl” – “Şəfa” 0:3

“Göygöl” – “Baku Sportinq” 0:2

“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1

“Qaradağ Lökbatan” – “İmişli” 2:3

Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Chosen
82
1
teleqraf.com

2Sources