EN

Zaqatala sakinlərini narahat edən zibil problemi HƏLLİNİ TAPDI FOTO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalanın Aşağı Tala kəndində yerləşən Adil Həmzəyev küçəsində sakinlərin narahatlığına səbəb olan zibil problemi artıq həllini tapıb.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bir müddət öncə küçə sakinləri ərazidə tullantıların yığılması və baxımsızlıqdan şikayət ediblər. Məsələ ictimailəşdirildikdən dərhal sonra aidiyyəti qurumlar hadisəni nəzarətə götürüb və əraziyə xüsusi təmizlik briqadası cəlb olunub.Nəticədə küçədə toplanmış məişət tullantıları daşınıb, ətraf abadlaşdırılıb və zibil qutuları yenilənib.Hazırda Adil Həmzəyev küçəsində səliqə-səhman bərpa olunub, tullantıların vaxtında yığılması üçün mütəmadi nəzarət sistemi tətbiq edilir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
2
bizim.media

3Sources