EN

Rusiya heç vaxt buna imkan verməyəcək KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, NATO ölkələrinin rəhbərləri Vaşinqtonu Ukrayna münaqişəsinin diplomatik yolla həllindən imtina etməyə inandırmağa çalışır.

KONKRET.az xəbər verir ki, Lavrov bu fikri III Minsk Avrasiya Təhlükəsizlik Konfransında səsləndirib. Onun sözlərinə görə, Avropa açıq şəkildə “yeni böyük müharibəyə hazırlaşır.”

“NATO-nun genişlənməsi bir dəqiqə belə dayanmır. Rusiya isə ‘böyük və gözəl qitəmizin’ Şimal Atlantika Alyansının mülkünə çevrilməsi ilə razılaşa bilməz,” – deyə Lavrov vurğulayıb.

Nazirin sözlərinə görə, Qərb dövlətlərinin bu siyasəti bölgədə gərginliyi artırır və sülh imkanlarını məhdudlaşdırır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
1
konkret.az

2Sources