EN

Bu ölkə ilə sərhəddə vəziyyət gərgindir KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Qazaxıstan sərhəd-keçid məntəqələrində 10 mindən çox yük maşını artıq iki aydır gömrük yoxlamasında saxlanılır.

KONKRET.az xəbər verir ki, “Baza” nəşrinin məlumatına görə, nəqliyyat vasitələri yüklərin bəyannamələrə uyğunluğu ilə bağlı yoxlamalara görə dayanıb. Məsələn, sənədlərdə “avtoehtiyat hissələri” göstərilən maşınlarda faktiki olaraq qış geyimləri aşkarlanıb.

Uyğunsuz mallar müvəqqəti anbarlara geri göndərilir və onları yalnız düzgün bəyannamə və markirovka təqdim edildikdən sonra götürmək mümkündür. Nəticədə satıcılar və alıcılar artıq mövsümi tədarükləri itiriblər.

Hazırda bir çox logistika şirkətləri marşrutlarını dəyişərək yükləri Ussuriysk və Belarus üzərindən yönləndirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
konkret.az

2Sources