Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndəheyəti Çin Xalq Respublikasının İnsan Resursları və Sosial TəminatNazirliyi və Şanxay Xalq Bələdiyyə Hökumətinin təşkilatçılığı iləkeçirilən “Mathematics and AI” (Riyaziyyat və Süni İntellekt)beynəlxalq elmi konfransında iştirak edib. Şanxay şəhərindəyerləşən Expo Mərkəzində keçirilən konfransa AzMİU Çinin nüfuzluŞanxay Jiao Tonq Universiteti tərəfindən dəvət olunub.
Universiteti konfransda rektor, professor Gülçöhrə Məmmədova,rektorun müşaviri, professor Məsud Əfəndiyev və AzMİU-nunİctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsaMuradov təmsil ediblər.
“Mathematics and AI” beynəlxalq konfransı dünyanın aparıcı elmimərkəzlərinin alimlərini, universitet rəhbərlərini, tədqiqatçılarıvə sənaye nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində“Mathematical Frontiers and Foundational Reconstructions of AI”adlı xüsusi sessiyada riyaziyyatın süni intellektin inkişafındafundamental rolundan bəhs olunub.
Konfransda, həmçinin Çin hökumətinin süni intellektin qlobalidarəçiliyi üçün beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə dəmüzakirələr aparılıb.
Konfrans çərçivəsində rektor, professor Gülçöhrə Məmmədova “Howto Develop a Top-Level International Journal?” mövzusunda keçirilənpanel müzakirəsində iştirak edib. Rektor beynəlxalq elmijurnalların inkişafında məzmun keyfiyyəti, multidissiplinarəməkdaşlıq və universitetlərarası elmi əlaqələrin əhəmiyyətindəndanışıb.
Rektorun müşaviri, professor Məsud Əfəndiyev isə “What HaveBiology and Medicine Done?” mövzusunda məruzə ilə çıxış edib.Məruzəsində o, riyaziyyatın biologiya və tibb elmlərinəinteqrasiyası, memarlıq və mühəndislik sahələrinə təsirini,biomimetik dizayn və insan-mərkəzli şəhərsalma kimi müasiristiqamətlərin formalaşmasında bu elmlərin rolunu elmi faktlarlaizah edib.
Qeyd edək ki, AzMİU-nun nümayəndə heyətinin konfransda iştirakıuniversitetin beynəlxalq əlaqələrinin genişlənməsi vəmultidissiplinar elmi tədqiqatların inkişafı istiqamətində atılmışnövbəti uğurlu addımdır. Hazırda universitet “dəyişkən sistemlər”,“süni intellekt və informasiya təhlükəsizliyi”, “yaşılinfrastruktur və smart memarlıq” kimi istiqamətlər üzrə elmitədqiqat layihələrini həyata keçirir. Bu kimi beynəlxalqtədbirlərdə iştirak AzMİU-nun qlobal elmi mühitə inteqrasiyasınıdaha da gücləndirir, universitetin müəllim və tədqiqatçılarınınbeynəlxalq təcrübə və elmi mübadilə imkanlarını artırır.
