EN

Boltondan XƏBƏRDARLIQ

"ABŞ Prezidenti Donald Trampın davranışları proqnozlaşdırıla bilməz, dövlət başçısı istənilən anda NATO-dan çıxmaq qərarı verə bilər".

Publika.az xəbər verir ki, bu barədə “Decoding Geopolitics” podkastında prezidentin keçmiş müşaviri Con Bolton bildirib.

“Düşünürəm ki, Tramp okeandakı dalğalara bənzəyir. Bu gün hər şey kifayət qədər yaxşı görünür. Dalğanın zirvəsindəyik, o, NATO haqqında xoş sözlər deyir. Amma bu uzun sürməyəcək. Gəlin bir neçə aydan sonra bu barədə danışaq, görək o zaman NATO haqqında nə deyəcək”, - Bolton deyib.

Boltonun sözlərinə görə, Tramp 2018-ci ildə NATO sammitində Şimali Atlantika Alyansından çıxmağı düşünürdü. Keçmiş müşavir hesab edir ki, Tramp “bir anlıq sərhədi keçdi, amma sonra geri çəkildi.”

“O zaman çıxışında elan etmədi. Amma buna çox yaxın idi. Və düşünmürəm ki, bu bir oyun idi — o, son ana qədər nə qərar verəcəyini həqiqətən bilmirdi. Belə bir an yenidən baş verə bilər,” - deyə Bolton vurğulayıb.

Chosen
27
publika.az

1Sources