EN

"Fənərbağça" rəhbərliyindən xüsusi jest: Duranın anası İstanbula gətirildi

“Fənərbağça” rəhbərliyi uzun müddətdir zədədən əziyyət çəkən kolumbiyalı futbolçu Con Duran üçün xüsusi qərar qəbul edib.

Fanat.Az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, 2 aydır sarı-lacivərdli formanı geyinməyən Duranın psixoloji və fiziki durumunu yaxşılaşdırmaq məqsədilə klub rəhbərliyi onun anasını Türkiyəyə gətirib.

Bu addım futbolçunun motivasiyasını artırmaq və bərpa prosesinə mənəvi dəstək vermək üçün atılıb.

Hazırda 21 yaşlı hücumçu reabilitasiya proqramını anasının müşayiəti ilə klubun tibbi heyətinin nəzarətində davam etdirir.

Kamil Xudiyev

Chosen
30
1
fanat.az

2Sources