EN

PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı – sponsorun 2-ci təsnifat mərhələsiylə bağlı planı var?

Xəbər verdiyimiz kimi, dünən Peşəkar Futbol Liqasıyla “Avropa Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalandı.

Anlaşmaya əsasən, ölkə kuboku 2025/26 mövsümündə “Bizon ölkə kuboku” adlandırılacaq. İş ondadı ki, hələ müqavilənin müddəti və qeyd olunan məqamdan başqa detallar ətraflı şəkildə ictimaiyyətə açıqlanmayıb.

Bəs “Bizon”un yarışın bu gün start götürən 2-ci təsnifat mərhələsiylə bağlı xüsusi layihələri varmı? Razılaşma ilkin dönəmdə hansı məqamları əhatə edəcək?
Bu suallarla PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hazırda brendinq işləri görülür. Yarışın sosial şəbəkə hesabları “Bizon”un rənginə uyğunlaşdırılır. Kubokun forması və loqo da sponsora uyğun hala gətiriləcək. Qalan planlar isə növbəti - 1/16 final mərhələsinə qədər icra ediləcək”.
KƏNAN BAHADIR
Chosen
37
1
football-plus.az

2Sources