AZ

PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı sponsorun 2 ci təsnifat mərhələsiylə bağlı planı var?

Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Peşəkar Futbol Liqasıyla “Avropa Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalandı. Anlaşmaya əsasən, ölkə kuboku 2025/26 mövsümündə “Bizon ölkə kuboku” adlandırılacaq. İş ondadı ki, hələ müqavilənin müddəti və qeyd olunan məqamdan başqa detallar ətraflı şəkildə ictimaiyyətə açıqlanmayıb.Bəs “Bizon”un yarışın bu gün start götürən 2-ci təsnifat mərhələsiylə bağlı xüsusi layihələri varmı? Razılaşma ilkin dönəmdə hansı məqamları əhatə edəcək?Bu suallarla PFL-in Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Hazırda brendinq işləri görülür. Yarışın sosial şəbəkə hesabları “Bizon”un rənginə uyğunlaşdırılır. Kubokun forması və loqo da sponsora uyğun hala gətiriləcək. Qalan planlar isə növbəti - 1/16 final mərhələsinə qədər icra ediləcək”.

KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr