EN

ABŞ Rusiyaya sanksiyalardan kənar yeni təzyiq üsulları hazırlayır

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff Rusiyaya təsir göstərmək üçün sanksiyalardan kənar alternativ vasitələri müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Uitakerin sözlərinə görə, prezident Donald Trampın sərəncamında Rusiyaya təzyiq göstərmək üçün bir neçə effektiv mexanizm var.

“Rus neftinə qarşı sanksiyalar yalnız bir vasitədir. Prezidentin əlində daha çox variant var. Biz Retklifflə birlikdə bu imkanları müzakirə etdik və o, zərurət yarandıqda onlardan istifadə edəcək”, - Uitaker bildirib.

ABŞ rəsmiləri Rusiyaya qarşı təzyiq siyasətinin enerji, texnologiya və təhlükəsizlik sahələrində müxtəlif istiqamətlərdə davam etdirilə biləcəyini istisna etmirlər.

Chosen
95
teleqraf.com

1Sources