ain.az, Axsham.az portalına istinadən məlumat yayır.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Axşam.az xəbər verir ki, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda 3-5 m-ə çatacağı proqnozlaşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.