EN

İmamoğlu işində İsa Qəmbər adı NƏ BAŞ VERİR?

ain.az bildirir, Bakupost portalına istinadən.

Türkiyədə barəsində casusluq ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb. Bildirilib ki, şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

Bakupost.az xəbər verir ki, İsa Qəmbər məsələ ilə bağlı "Unikal"a açıqlama verib:

"Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə "maliyyə dəstəyi göstərilməsi" uydurmadır", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
11
www.bakupost.az

10Sources