AZ

İmamoğlu işində İsa Qəmbərin adı çəkildi - AÇIQLAMA

Türkiyədə barəsində “casusluq” ittihamı ilə istintaq aparılan İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun işində Azərbaycanla bağlı hissə də yer alıb.

Hurriyyet.az xəbər verir ki, həmin hissədə deyilir:

“Şübhəli şəxs Hüseyn Gün 2005-ci ildə ABŞ-də fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib.

Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının sədri olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib”.

İsa Qəmbər məsələ ilə bağlı “Unikal”a açıqlama verib:

“Mənim haqda yazılanlar həqiqətə uyğun deyil. Belə bir şirkətin adını ilk dəfə eşidirəm. Həmin şirkət vasitəsilə guya mənə maliyyə dəstəyi göstərilməsi uydurmadır”.

Seçilən
29
9
hurriyyet.az

10Mənbələr