AZ

İmamoğlunun casusluq işində İsa Qəmbərin ADI ÇIXDI

İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Mərdan Yanardağla bağlı yeni iddialar yayılıb.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyənin rəsmi nəşrləri ("TRT Haber" və "Anadolu") istintaq işi ilə bağlı detalları açıqlayıblar.

Qeyd edək ki, "casusluq" işi çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu, onun yaxın adamı hesab edilən Necati Özkan və Mərdan Yanardağ barəsində həbs qərarı çıxarılıb.

Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunur ki, cinayət işi çərçivəsində saxlanılan şübhəli şəxs Hüseyn Gün 2023-cü ildə keçirilən seçkilərdən təxminən bir ay əvvəl Yanardağa iki dəfəyə 15 min avro göndərib. Hüseyn Günün köməkçisi B.Y.-nin ifadəsinə əsasən, bu məbləğlər "Seyrantepədə yerləşən ofisə şəxsən zərf içində" çatdırılıb.

B.Y. ifadəsində bildirib ki, Hüseyn Gün ona "Merdan bəyi dəstəkləyirik" deyərək zərfi çatdırmağı tapşırıb. Bank araşdırması nəticəsində Günün hesabından 19 aprel 2023-cü ildə 10 min avronun çıxarıldığı təsdiqlənib. MASAK hesabatında qeyd olunur ki, 2018-2025-ci illər arasında Günün hesabından 117 milyon lirədən çox məbləğdə nağd pul çıxarılıb.

Seçilən
42
9
publika.az

10Mənbələr