EN

Kəşfiyyat Putinin Ukrayna ilə bağlı hədəfini açıqladı

BAKI, 29 oktyabr. TELEQRAF

Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirmək və döyüş meydanında qələbə qazanmaq niyyətindədir, bu dəfə hər zamankından daha qətiyyətlidir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatına istinadla “NBC News” məlumat yayıb.

Kəşfiyyat ABŞ Prezidenti Donald Trampın sülh səylərinə baxmayaraq, Rusiyanın Ukrayna ilə kompromisə getməyə hazır olduğuna dair heç bir əlamət görmür.

ABŞ rəsmilərinin sözlərinə görə, Putin indi öz mövqeyinə hər zamankından daha çox qapılıb: “Rusiya lideri itkiləri və xərcləri “əsassız göstərməmək” üçün Ukrayna əraziləri üzərində nəzarəti genişləndirmək niyyətindədir”.

Ağ Ev kəşfiyyat məlumatı barədə şərh verməkdən imtina edib və Trampın açıq bəyanatlarına istinad edib.

Chosen
37
teleqraf.com

1Sources