EN

“Masdar”: Yeni enerji stansiyalarının şəbəkəyə inteqrasiyası optimal şəkildə aparılacaq

Bakı, 29 oktyabr, AZƏRTAC

Hazırda Azərbaycanda 3 yeni - 2 Günəş, 1 külək elektrik stansiyası tikirik. Hər bir stansiya üçün şəbəkənin təhlili, şəbəkəyə olan təsirin qiymətləndirilməsi hesabatı hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov 13-cü Beynəlxalq “Caspian Energy Forum”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəbəkənin dayanıqlığını təmin etmək şərtilə bu stansiyaların ən optimal şəkildə inteqrasiyası nəzərdə tutulur.

“Təcrübə onu göstərir ki, növbəti layihələrdə enerji saxlanc sistemlərinin özündə təşkil olunması mütləqdir. Çünki əks halda sistem, yəni ümumi şəbəkə bərpaolunan enerji mənbələri tərəfindən qeyri-stabil vəziyyətə düşə bilər”, - deyə o qeyd edib.

M.Sadıqov əlavə edib ki, Azərbaycan bu sahədə həm regionun, həm də MDB məkanının ən qabaqcıl ölkələri sırasındadır.

Chosen
48
1
azertag.az

2Sources