Bakı. Trend:
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisimüəyyənləşib.
Trend xəbərverir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ayın ən yaxşısı adına "Rayo Valyekano"nun çalışdırıcısı İniqoPeres layiq görülüb.
37 yaşlı mütəxəssis peşəkar karyerasında ilk dəfə olaraq bumükafatı qazanıb. O, “Real”ın baş məşqçisi Xabi Alonso və “Betis”inçalışdırıcısı Manuel Pelleqrinini geridə qoyub.
Qeyd edək ki, komanda oktyabr ayında Peresin rəhbərliyi altındakeçirdiyi 3 matçın hər birində qalib gəlib. Hazırda "RayoValyekano" 14 xalla turnir cədvəlinin 7-ci pilləsindəqərarlaşır.
 
                        