EN

Ağdərənin Həsənriz kəndinə növbəti köç oldu– FOTO

Ajans.az xəbər verir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə döndü. Sakinlərə  kənddə yaradılmış şərait barədə məlumat verilib və  bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib. Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.


Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

Chosen
32
12
Ajans.az

10Sources