AZ

Köç Həsənriz kəndinə çatdı: Açarlar təqdim edildi - YENİLƏNİB

Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti qayıdış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə dönüb.

Sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində kənddə yaradılmış şərait barədə məlumat verilib və  bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib.

Kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.

14:01

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

 

 

Seçilən
23
12
cebheinfo.az

10Mənbələr