EN

“Ulucay ədəbiyyatda təsadüfi adamdır, haqqımda nə istəsə yaza bilər” Aqşin Yenisey

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm"

"25 ildir  əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa..."

“Gənclər özlərini mövcud Azərbaycan

ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin

uzantısıdır”

 Şair Aqşin

Yeniseyin  gənc  yazar Nadir Yalçın haqqında “Sənin haqqında

bir il də yazsam, yazı adamı olan deyilsən” ifadəsi yeni nəsil yazarlar

arasında etirazla qarşılanıb. Kulis.az-ın baş redaktoru  Ulucay Akif də bu polemikaya istinad edərək

Aqşinin yaradıcılığını və ədəbi yanaşmasını tənqid edib. Yazıda, xüsusilə,

Aqşin Yeniseyin əsərlərində baş obrazlara verdiyi adlar və ədəbi üslubu diqqətə

çatdırılıb, onun yeni ədəbi nəslə dərs deyəcək müəllif olmadığı vurğulanıb:

“Aqşin yeni

ədəbi nəslə dərs deyə biləcək müəllif deyil. Açığı, orta nəsil və yaşlı nəsil

yazıçılar arasında yeni nəslə dərs deyəcək, ustadlıq edəcək imza görmürəm,

çünki özlərinin ortada sanballı bir əsəri yoxdur”.

Ulucay Akif

hesab edir ki, yeni nəsil müəlliflər daha sanballı yazır. AYB-AYO davası,

vəzifə-pul davası eləmir yeni müəlliflər, sırf ədəbiyyat yaratmağa çalışır.

Aqşin

Yenisey Sherg.az-a açıqlamasında haqqında yazılan fikirlərə  cavab verib. Şairin sözlərinə görə, yaradıcı

mühitdə bu cür əksfikirliliyin olması vacibdir. Olmaması daha çox üzücü olardı:

“Yaşlı Da Vinçi ilə gənc Mikelancelonun da fikir

ayrılığı vardı. Nitsşe

Sokratı, az qala, təhqir edirdi bir kitabında. Nabokov Dostoyevskini məsxərəyə

qoyurdu. Yəni bu cür ədəbi davaların nə əvvəli var, nə də sonu olacaq. Nadirə

yazdığım ifadə, sadəcə, ona aid olmayan əsəbi bir halın təzahürüydü. Mən

ədəbiyyatın, sənətin mərkəzində hər dövrün öz problemlərinin, mövzularının

olmalı olduğunu yazdığım statusun altında mənə ağsaqqalcasına və səhv yol

göstərdiyi üçün o cür sərt cavab yazmışdım. Sonra peşmanlığımı da ifadə etdim.

Amma mən o fikirdə də deyiləm ki, sənət, ədəbiyyat gənclərə yol açmaqla inkişaf

edir. Biz bu düşüncədəki "yol" sözünü səhv anlayırıq. Açılmış yolda

böyük sənət adamı yetişə bilməz. Böyük adamları böyük çətinliklər yetişdirir.

İndiki gənclər çox ərköyündürlər və elə başa düşürlər ki, kimsə onlar haqqında

yazsa böyük yazıçı, şair olacaqlar. Əksəriyyəti kitab oxumur, hətta kitab

oxumağı qəbahət kimi qələmə verir. İstedad, zəhmət olmadan inkişaf edə bilməz”.

Şair qeyd edib

ki, yaradıcılığı mədəniyyətə çevirən zəhmətdir. O, istəyir ki, gənclər

yaradıcılıq mərhələsini aşsınlar, mədəniyyət mərhələsinə keçsinlər. Sənətin,

ədəbiyyatın ictimai dəyərini anlasınlar: 

“Bir cümləlik tənqidə dözümü olmayan

gəncdən əsər gözləmək boş ümiddir. Mən kiminsə ədəbi himayəsində böyüməmişəm

deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan

hiss edə bilmirəm. 25 ildir 

əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir

edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım

təhdidləri, təhqirləri qoyuram bir qırağa. Amma mən bütün bunların normal

olduğunu düşünürəm, çünki sevilmək üçün yazmıram. Mənim üçün ən böyük ayıb məni

tənqid və təhqir edənlərin sevgisi olardı. Gənclərə də ədəbiyyatda, həyatda

gəlib çıxdığım yerdən dəyər verirəm. Dünya ədəbiyyatının sınanmış yolu budur.

Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi

mühit də, sadəcə, stalinizmin uzantısıdır. 

Ulucaya gəlincə, o ədəbiyyatda təsadüfi adamdır, mənim haqqımda nə

istəsə yaza bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
sherg.az

2Sources