Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Mən kiminsə ədəbi himayəsində böyüməmişəm deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan hiss edə bilmirəm"
"25 ildir əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım təhdidləri, təhqirləri qoyuram bir qırağa..."
“Gənclər özlərini mövcud Azərbaycan
ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi mühit də, sadəcə, stalinizmin
uzantısıdır”
Şair Aqşin
Yeniseyin gənc yazar Nadir Yalçın haqqında “Sənin haqqında
bir il də yazsam, yazı adamı olan deyilsən” ifadəsi yeni nəsil yazarlar
arasında etirazla qarşılanıb. Kulis.az-ın baş redaktoru Ulucay Akif də bu polemikaya istinad edərək
Aqşinin yaradıcılığını və ədəbi yanaşmasını tənqid edib. Yazıda, xüsusilə,
Aqşin Yeniseyin əsərlərində baş obrazlara verdiyi adlar və ədəbi üslubu diqqətə
çatdırılıb, onun yeni ədəbi nəslə dərs deyəcək müəllif olmadığı vurğulanıb:
“Aqşin yeni
ədəbi nəslə dərs deyə biləcək müəllif deyil. Açığı, orta nəsil və yaşlı nəsil
yazıçılar arasında yeni nəslə dərs deyəcək, ustadlıq edəcək imza görmürəm,
çünki özlərinin ortada sanballı bir əsəri yoxdur”.
Ulucay Akif
hesab edir ki, yeni nəsil müəlliflər daha sanballı yazır. AYB-AYO davası,
vəzifə-pul davası eləmir yeni müəlliflər, sırf ədəbiyyat yaratmağa çalışır.
Aqşin
Yenisey Sherg.az-a açıqlamasında haqqında yazılan fikirlərə cavab verib. Şairin sözlərinə görə, yaradıcı
mühitdə bu cür əksfikirliliyin olması vacibdir. Olmaması daha çox üzücü olardı:
“Yaşlı Da Vinçi ilə gənc Mikelancelonun da fikir
ayrılığı vardı. Nitsşe
Sokratı, az qala, təhqir edirdi bir kitabında. Nabokov Dostoyevskini məsxərəyə
qoyurdu. Yəni bu cür ədəbi davaların nə əvvəli var, nə də sonu olacaq. Nadirə
yazdığım ifadə, sadəcə, ona aid olmayan əsəbi bir halın təzahürüydü. Mən
ədəbiyyatın, sənətin mərkəzində hər dövrün öz problemlərinin, mövzularının
olmalı olduğunu yazdığım statusun altında mənə ağsaqqalcasına və səhv yol
göstərdiyi üçün o cür sərt cavab yazmışdım. Sonra peşmanlığımı da ifadə etdim.
Amma mən o fikirdə də deyiləm ki, sənət, ədəbiyyat gənclərə yol açmaqla inkişaf
edir. Biz bu düşüncədəki "yol" sözünü səhv anlayırıq. Açılmış yolda
böyük sənət adamı yetişə bilməz. Böyük adamları böyük çətinliklər yetişdirir.
İndiki gənclər çox ərköyündürlər və elə başa düşürlər ki, kimsə onlar haqqında
yazsa böyük yazıçı, şair olacaqlar. Əksəriyyəti kitab oxumur, hətta kitab
oxumağı qəbahət kimi qələmə verir. İstedad, zəhmət olmadan inkişaf edə bilməz”.
Şair qeyd edib
ki, yaradıcılığı mədəniyyətə çevirən zəhmətdir. O, istəyir ki, gənclər
yaradıcılıq mərhələsini aşsınlar, mədəniyyət mərhələsinə keçsinlər. Sənətin,
ədəbiyyatın ictimai dəyərini anlasınlar:
“Bir cümləlik tənqidə dözümü olmayan
gəncdən əsər gözləmək boş ümiddir. Mən kiminsə ədəbi himayəsində böyüməmişəm
deyə bəzən sərt tənqidlərimin qarşı tərəfdə necə qarşılanacağını qabaqcadan
hiss edə bilmirəm. 25 ildir
əsədcahangirlər, əlinovruzovlar hər yerdə məni tənqid, bəzən təhqir
edirlər. Hələ ictimai mövzularda yazdığım yazılara görə cəmiyyətdən aldığım
təhdidləri, təhqirləri qoyuram bir qırağa. Amma mən bütün bunların normal
olduğunu düşünürəm, çünki sevilmək üçün yazmıram. Mənim üçün ən böyük ayıb məni
tənqid və təhqir edənlərin sevgisi olardı. Gənclərə də ədəbiyyatda, həyatda
gəlib çıxdığım yerdən dəyər verirəm. Dünya ədəbiyyatının sınanmış yolu budur.
Gənclər özlərini mövcud Azərbaycan ədəbi mühiti ilə məhdudlaşdırıblar. Bu ədəbi
mühit də, sadəcə, stalinizmin uzantısıdır.
Ulucaya gəlincə, o ədəbiyyatda təsadüfi adamdır, mənim haqqımda nə
istəsə yaza bilər”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        