Rumıniya və NATO müttəfiqləri ABŞ-ın Avropanın şərq cinahında yerləşdirilmiş qoşunlarının, o cümlədən Rumıniyanın Mixail Koqalniçeanu aviabazasında yerləşdirilməli olan əsgərlərin sayını azaltmaq planları barədə məlumatlandırılıb.
Busaat.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat verib.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun avropalı müttəfiqlərinə bildirib ki, Birləşmiş Ştatlar öz sərhədləri və Hind-Sakit okean regionuna daha çox diqqət yetirdiyi üçün onlar öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımalı olacaqlar.
“Amerikanın qərarı NATO-nun bir neçə ölkəsində bölmələri olan briqadanın Avropada rotasiyasını dayandırmaqdır”, – Müdafiə Nazirliyi bildirib.
Departamentin açıqlamasında Vaşinqtonun prioritetlərindəki dəyişikliklər nəzərə alınmaqla qərarın gözlənildiyi, lakin 1000-ə yaxın ABŞ əsgərinin hələ də Rumıniyada yerləşəcəyi bildirilib.
“Bu qərar həm də NATO-nun şərq cinahda gücləndirilmiş mövcudluğu və fəaliyyəti fonunda qəbul edilib və ABŞ-a regionda hərbi mövqeyini tənzimləməyə imkan verib”, – nazirlik bildirib.
Yeganə
 
                        