EN

Bakı küçələrində “avtoş”luq edən Tayfun həbs edildi Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən və qəza törədən sürücü həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi tədbirlərlə rayon ərazisində “Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdığına, polisin qanuni tələbinə əməl etmədiyinə, eləcə də avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə saldığına görə saxlanılıb.

T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. 

Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
28
qafqazinfo.az

10Sources