EN

Cəbrayıl şəhərində tikiləcək 2-ci və 3-cü yaşayış kompleksləri - FOTO

Ajans.az xəbər verir ki, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib. Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.

Chosen
34
15
Ajans.az

10Sources