EN

Yoxluğunu çox hiss edirəm - Bəhram Bağırzadə

"Düz bir aydır ki, sən yoxsan. Boşluq və daimi ağrıyla dolu bir ay... Nə ilə məşğul olsam da - çəkilişlərlə, rəssamlarla görüşlərlə, kitablar üzərində işləməklə, səfərlərlə sənin yanımda olmanı hər an hiss edirəm".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhrah Bağırzadə sosial media hesabında bir ay əvvəl dünyasını dəyişən həmkarı Cabir İmanovla bağlı paylaşımında yazıb. Aktyor dostunu bu sözlərlə yad edib.

O yazıb: "Gün iki hissəyə bölünür: ya sənin sonsuz yumorunu xatırlayanda üzümə gələn işıqlı təbəssümlə, ya da bu itkini dərk edəndə yaranan dözülməz ağrıyla. Səni hər hüceyrəmlə hiss edirəm: sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var. Sən azsaylı adamlardan idin ki, başqaları susanda daima cavab verirdin". pizza mizza

B. Bağırzadə əlavə edib: "Uşaq kitabları nəşr etməyə başlayanda başqaları tərəddüd edirdi, amma sən birinci mənə inanmışdın. Buna görə də yeni kitablarımın üz qabıqlarını ilk sənə göndərirdim, bilirdim ki, növbəti uğuruma səmimi, ürəkdən sevinəcəyini görəcəyəm.

Səhər saat yeddidə zəng edib mənasız zarafat edə bilərdin, bilə-bilə ki, heç vaxt inciməyəcəyəm və biz sadəcə ürəkdən güləcəyik. Sənin yoxluğunu çox hiss edirəm… Çox… Və bu hiss həyatımın acı, amma ayrılmaz bir hissəsinə çevrilib. Bununla yaşamağa məcburam. Amma Cabir, bilirəm,  sən bunların hamısını eşidirsən. Sən məni həmişə başa düşmüsən, indi də anlayırsan. Allah rəhmət eləsin".

Aydan Hacı 


Telegram kanalımız
Chosen
12
8
yenisabah.az

10Sources