AZ

Bəhram Bağırzadədən Cabirlə bağlı TƏSİRLİ PAYLAŞIM

Ajans.az xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə Əməkdar artist Cabir İmanovla bağlı sosial şəbəkə hesabında yazıb.  "Uşaq kitabları nəşr etməyə başlayanda başqaları tərəddüd edirdi, amma sən birinci mənə inanmışdın. Buna görə də yeni kitablarımın üz qabıqlarını ilk sənə göndərirdim, bilirdim ki, növbəti uğuruma səmimi, ürəkdən sevinəcəyini görəcəyəm. Səhər saat yeddidə zəng edib mənasız zarafat edə bilərdin, bilə-bilə ki, heç vaxt inciməyəcəyəm və biz sadəcə ürəkdən güləcəyik. Sənin yoxluğunu çox hiss edirəm… Çox… Və bu hiss həyatımın acı, amma ayrılmaz bir hissəsinə çevrilib. Bununla yaşamağa məcburam… Amma, Cabir, bilirəm – sən bunların hamısını eşidirsən. Sən məni həmişə başa düşmüsən, indi də anlayırsan… Allah rəhmət eləsin…"., - deyə B.Bağırzadə bildirib. 

Seçilən
39
7
Ajans.az

10Mənbələr