EN

Ana və 2 övladı faciəvi şəkildə öldü - Şəlalədə FACİƏ - VİDEO

Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şəlalədə faciəvi hadisə baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ölkə mediasıda yayılan məlumata görə, hadisə saat 12:30 radələrində ailəvi piknik zamanı baş verib. Gözlənilmədən yaranan güclü axıntı nəticəsində ailə üzvləri suyun içində qalıb.

Nəticədə 36 yaşlı qadın və onun 13 və 8 yaşlı iki övladının cansız bədənləri sudan çıxarılıb. Digər iki uşaq - 4 və 9 yaşlarında olan bacı-qardaş isə itkin düşüb.

Hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başladıb.

Chosen
19
6
day.az

7Sources