AZ

Şəlalədə FACİƏ: Ana və 2 övladı faciəvi şəkildə öldü VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Hindistanın Maharashtra ştatının Lonavala bölgəsində yerləşən bir şəlalədə faciəvi hadisə baş verib.

Milli.Az xəbər verir ki, ölkə mediasıda yayılan məlumata görə, hadisə saat 12:30 radələrində ailəvi piknik zamanı baş verib. Gözlənilmədən yaranan güclü axıntı nəticəsində ailə üzvləri suyun içində qalıb.

Nəticədə 36 yaşlı qadın və onun 13 və 8 yaşlı iki övladının cansız bədənləri sudan çıxarılıb. Digər iki uşaq - 4 və 9 yaşlarında olan bacı-qardaş isə itkin düşüb.

Hadisə yerində xilasetmə və axtarış işləri davam etdirilir. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma başladıb.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
news.milli.az

7Mənbələr