EN

NEO robotları hələlik operatorlar tərəfindən idarə olunacaq – VİDEO

NEO robotları hələlik insanlar tərəfindən idarə olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə iİstehsalçı şirkətdən bildirilib.

Yeni NEO humanoid robotu ilə bağlı sosial mediada yayılan zarafatlar reallıqdan uzaq deyil.

İlk mərhələdə robotlar insanlar tərəfindən idarə olunacaq, çünki şirkətin süni intellekti hələ öyrənmə prosesindədir.

İstehsalçı şirkət birbaşa bildirib ki, əksər hallarda robot Hindistandakı canlı operatorlar tərəfindən idarə olunacaq.

NEO-nu 20 000 dollara alan istifadəçilər bunu nəzərə almalıdır:

  • Operatorlar müəyyən vaxtlarda robotu idarə edə biləcək, yəni kənar şəxslər evdə nə baş verdiyini görə biləcəklər;

  • İstifadəçilər operatorların giriş vaxtını təyin edə və robotun girməyəcəyi zonaları göstərə biləcəklər;

  • Sistem avtomatik olaraq insanların üzlərini bulanıqlaşdıracaq, və şirkət bütün robot qeydiyyatlarının təhlükəsiz şəkildə saxlanıldığını təmin edir.

Başqa sözlə, NEO-nu evinizə gətirəndə, müvəqqəti olaraq dünyanın digər ucundan bir insan da robotla birlikdə işləyərək onun evdəki tapşırıqlarını yerinə yetirməsinə yardım edəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
interpress.az

1Sources