EN

“Mançester Siti” Rodri ilə danışıqlara BAŞLADI

“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə yeni müqavilə imzalamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, artıq İngiltərə klubu ispaniyalı futbolçu ilə danışıqlara başlayıb. 

Bildirilir ki, tərəflərin ilin sonunadək razılığa gələcəyi gözlənilir.

29 yaşlı yarımmüdafiəçi 2019-cu ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, cari mövsümdə komandanın heyətində 7 matçda meydana çıxıb.

Qeyd edək ki, Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.

Bizim.Media

Chosen
32
2
bizim.media

5Sources